Marketoloqların Oxşar Xüsusiyyətləri – Şəxsiyyət Tiplərinin Testi

  • Home
  • Bloq
  • Marketoloqların Oxşar Xüsusiyyətləri – Şəxsiyyət Tiplərinin Testi
Marketoloqların Oxşar Xüsusiyyətləri – Şəxsiyyət Tiplərinin Testi

Marketoloqların Oxşar Xüsusiyyətləri – Şəxsiyyət Tiplərinin Testi

(Araşdırma) İşə götürənlər bilir ki, marketoloqların seçilməsi  İT mütəxəssislərinin seçilməsi qədər çətin prosesdir. Azərbaycanda da bir çox şirkətlər marketinq mütəxəssislərini işə götürərkən nəzəri və praktiki suallar ilə onları qiymətləndirməyə çalışırlar. Amma yenə də əmin ola bilmirlər ki, axtarılan istedad üçün doğru seçim ediblər yoxsa yox.

Bu prosesin çətinliyini öz təcrübəmdə də çox hiss etmişəm. Müsahibəyə gələn namizədlərin yaxşı nəzəriyyəçi və ya yaxşı təcrübəçi olması işin bir tərəfidirsə, insanın şəxsiyyət tipi və keyfiyyətləri digər tərəfidir. Bu səbəbdən hər zaman müəyyən suallar məni sakit buraxmır. Məsələn, əgər şirkətdə marketoloqlar öz tərzi və rəngarəngliyi, yaradıcılığı ilə seçilirlərsə deməli onları birləşdirən ümumi xüsusiyyətlər var. Bu xüsusiyyətləri müəyyən edə bilsək işə götürmə zamanı ümumi tələblərdən başqa həmin xüsusiyyətlərə cavab verənlər seçimimizi daha da fokuslandırmağa imkan verə bilər.

Fərqli fərziyyələr irəli sürüb yoxlamaqda fayda var deyib yerli mütəxəssislər arasında bir araşdırma keçirməyə qərar verdim. Bunun üçün isə bir çox məşhur xarici şirkətlərdə istifadə edilən və müəllifi Myers Briggs olan şəxsiyyət tipini müəyyən etməyə imkan verən psixoloji testi metod olaraq seçdim. Yeri gəlmişkən Siz də bu metoddan istifadə edib marketinqdə işləyə bilən və ya ən azı bunu istəyənlərin ortaq xüsusiyyətləri ilə özünüzü müqayisə edə bilərsiniz. Anketlərdə cavablandırma üzrə qiymətləndirmə cədvəlinə nümunə aşağıdakı kimidir. Sualları isə Siz metodu araşdırarkən əldə edə bilərsiniz.

Cədvəl 1. Myers Briggs metodu üzrə qiymətləndirmə

marlab-marketoloqlar-marketing-blog

Qiymətləndirmənin nəticələrinə görə aşağıda şəxsiyyət tiplərinin nisbətləri verilmişdir.

Cədvəl 2. Cavablandırmaya görə marketinq işçilərinin və namizədlərinin şəxsiyyət tipləri üzrə bölgüsü.

marlab-marketoloqlar-marketing-blog

Qeyd edim ki, tiplərin sayı daha çoxdur. Bu araşdırmada cavablandırmaya uyğun olaraq üzə çıxan tiplər yalnız yuxarıdakı bölgüdəki kimidir.

Seçmə olaraq həm cari işləyənlər, həm də marketinqdə işləməyə sənəd verən şəxslər sırasından bərabər sayda anket götürdüm. Demoqrafik xüsusiyyətlərə vurğu vermədim, çünki ehtimal edirəm ki, ümumi tələblər öz yerində amma istedad istənilən yaşda və göstəricilərlə ola bilər. Xülasə aşağıdakı nəticələrlə Sizi tanış etmək istərdim.

Cədvəl 3. Marketinq işçilərinin və namizədlərinin şəxsiyyət tipləri üzrə nəticələri

marlab-marketoloqlar-marketing-blog

marlab-marketoloqlar-marketing-blog

NƏTİCƏ:

Marketinq işçilərinin və namizədlərinin ortaq xüsusiyyətləri:

ƏSAS:

  1. Loyaldırlar
  2. Rasional və məntiqlə davranırlar
  3. Detallara həssasdırlar
  4. Nizam və struktur yönümlüdürlər

ƏLAVƏ:

  1. Təhlükəsiz və dinc həyata üstünlük verirlər
  2. Yanaşmalarında təşkilatlı və metodikdirlər
  3. Qayda qanunlara, adətlərə riayət edirlər və digərlərindən də bunu gözləyirlər
  4. Onlar işlərin prosedur və plana uyğun aparılmasına önəm verirlər
  5. Məqsədə çatmaq üçün uzun müddət və saatlar durmadan işləyə bilirlər
  6. Praktiki tətbiqini, faydasını görmədikləri işlərə enerji sərf etmirlər
  7. Tək işləməyə üstünlük verirlər
  8. Faktlara söykənirlər
  9. Kompetensiya, bilik və effektivliyə önəm verirlər
  10. İnsanları öyrənəndilər
  11. Tərif və sayılmağı xoşlayırlar
  12. İntuitiv davrana bilirlər
  13. Bugünki günlə yaşayırlar
  14. Kreativdirlər, innovativdirlər

Belə, Siz də baxın yuxarıdakı xüsusiyyətlər Sizdə varmı? Bilmək olmaz, bəlkə elə Siz də bizlərdən birisiz.