Marketinq layihələrinin idarəedilməsi

 Marketinq layihələrinin idarəedilməsi

Marketinq layihələrinin idarəedilməsi

Marketinq layihələrinin idarəedilməsi nədir və bu xidmətə nə daxildir?

Marketinq layihəsi məqsədli şəkildə planlanan, izlənən və zamanla məhdudlaşan qısa və ya uzunmüddətli marketinq fəaliyyətlər toplusudur.

Xidmətimizə daxil olan Marketinq layihələri aşağıdakılardır:

  • Veb saytların hazırlanması
  • Mobil tətbiqlərin hazırlanması
  • Şirkətin əmtəə nişanının (loqotip) hazırlanması
  • Brendinq konseptinin hazırlanması
  • Korporativ tədbirlərin və açılışların təşkili, BTL aksiyalar
  • Loyallıq proqramlarının hazırlanması
  • CRM layihəsinin idarəedilməsi
  • E-commerce (rəqəmsal ticarət)
  • Vizual merçendayzinq

 

Marketinq layihələrinin idarəedilməsi xidməti şirkətə hansı faydanı verir?

  • Dəfələrlə analoji layihələri idarəedən mütəxəssisin xidmətindən faydalana bilir və mümkün səhvlərdən sığortalanırsınız;
  • Şirkət müddətlə limitli layihələrə görə əlavə işçi götürmür və işçi xərclərinə qənaət edir;
  • Şirkət əməkdaşlarının təcrübəli mütəxəssislərlə birlikdə layihədə iştirakını təmin etməklə, onların motivasiyasına və inkişafına zəmin yaradır.

 

Tez-tez verilən suallar:

Marketinq layihələrinin idarəedilməsi xidmətini necə əldə etmək olar?

  • Şirkətimizə müraciətdən sonra, qısa zaman ərzində müştəri menecerimiz Sizinlə əlaqəyə keçir, ehtiyaclarınızı müəyyən etmək üçün seçiminizdən asılı olaraq ekspertlə onlayn və ya üz-üzə görüş təyin edir. Görüş əsnasında veriləcək xidmətin ilkin təklifi hazırlanır.

Hansı şirkətlər müraciət edə bilər?

  • Hazırda fəaliyyətdə olan və ya yeni fəaliyyətə başlayan şirkətlər;
  • Fəaliyyət sektorundan asılı olmayaraq istənilən şirkət

Marketinq layihələrinin idarəedilməsi xidmətinin qiyməti neçəyədir?

  • Xidmətin fiks qiyməti mövcud deyil. Saatlıq, layihə əsaslı və ya aylıq xidmət haqqı kimi təklif edilə bilər. İlkin qiymət ilk görüşdə ehtiyacınız müəyyən edildikdən sonra təyin edilir. Qeyd edək ki, ilkin məsləhətləşmə ödənişsizdir.

Layihədən nə qədər zaman öncə müraciət etmək doğru olar?

  • Layihə illik planınıza daxil ediləndən dərhal sonra ilkin məsləhətləşmə keçməlidir.  Qeyd edək ki, ilkin məsləhətləşmə ödənişsizdir.

Bu xidmətdən yararlanmaq və biznesinizi irəli daşımaq üçün bizdən konsultasiya alın