Rəqəmsal marketinq xidməti

Rəqəmsal marketinq xidməti

Rəqəmsal marketinq xidməti

Markanızın rəqəmsal dünyada varlıq və yüksəlişini uğurla davam etdirə bilməsi üçün sizə ən yaxşı rəqəmsal marketinq xidmətləri təqdim edir və fərdi yanaşma əsasında məqsədəuyğun müxtəlif strategiyalar hazırlayırıq.
Rəqəmsal marketinq əsas etibarı ilə nəticələrin, büdcənin və effektivliyin ölçülə bilməsi ilə seçilir. MarLab olaraq, rəqəmsal marketinqin bir-birindən ayrılmayan bir neçə sahədən ibarət olduğuna inanırıq. Bu səbəbdən müştərilərimizə rəqəmsal marketinq dəstəyi zamanı bütün kanalların effektiv istifadəsinin markaya verəcəyi faydalardan bəhs edir və bunu uğurlu şəkildə həyata keçiririk.

SMM (sosial media marketinq)

Sosial mediada aparılan işlər marketinq fəaliyyətlərinin cəmidir. Sosial media marketinq, həmçinin, müştərilərlə markanızın aktiv əlaqədə olmasını təmin edən uzunmüddətli marketinq strategiyasıdır. Bunun sayəsində onların ehtiyacları, təklif və şikayətlərinə sürətli şəkildə geridönüş edərək rəqəmsal dünyadakı varlığınızı qoruya bilərsiniz.
Bu nöqtədə biz sosial media (Facebook, instagram, Linkedin, Tiktok və s.) vasitəsilə məhsulunuzun doğru kütləyə, doğru zamanda və doğru mesajla çatdırılmasını təmin edirik. Sosial mediada mövcud olmadan hədəf kütlənizin tapılması və onların sizi tanıması olduqca çətindir. Sizi sosial media marketinq kampaniyası sonrasında görülən işlər və alınan hesabatlarla müntəzəm olaraq tanış edirik.

SEO (search engine optimization)

Axtarış sistemlərinin optimizasiyası / SEO optimizasiya – orqanik olaraq reklama pul ayırmadan axtarış sistemlərində (Google, Yandex və s.) ön sıralarda çıxmaq üçün görülən işlərin cəmidir. SEO optimizasiya xidmətində uğurlu nəticə üçün sahədən asılı olaraq, minimal olaraq 4-6 ay müddət tələb edilir. SEO optimizasiya işləri zamanı – rəqib araşdırması, açar söz araşdırması, mətnlərin SEO uyğunlaşdırılması, SEO əsaslı yeni mətnlərin hazırlanması, veb-saytda olan texniki SEO faktorlarının analiz edilərək düzəldilməsi kimi bir neçə işlər görülür.
SEO optimizasiya xidməti zamanı, hər ay görülən işlər və hesabatları sizə təqdim edirik. SEO optimizasiya xidməti reklamlardan fərqli olaraq nisbətən uzun müddətə nəticə versə də, ön sıralarda görünməyə başladıqdan sonra axtarışlardan orqanik (təbii) olaraq trafik cəlb etməyə və satışlarınızı artırmağa davam edəcəksiniz.

Google Ads (Google reklamları)

Google reklamları vasitəsilə sizi “Google”da axtaran müştəriləriniz üçün görünən olun. Axtarış reklamları Display və ya video reklamlar vasitəsilə, doğru hədəf kütləyə çatmağınıza kömək edir, bu zaman effektiv büdcə planlaması edərək satışlarınızı artırmağa fokuslanırıq. Google reklamlarının da, digər rəqəmsal marketinq xidmətləri ilə birlikdə istifadəsini tövsiyə edir və müştəriləriniz üçün hər bir rəqəmsal kanalda görünən olmağınız üçün dəstək göstəririk. Bu çərçivədə düzgün açar söz, büdcə strategiyası və hədəfləmə yaradaraq məhsul, yaxud xidmətinizin satışı üçün individual yanaşma sərgiləyirik.
Həmçinin, rəqəmsal marketinq xidməti üzrə konsultasiya da təqdim edirik. Bu zaman sizə rəqəmsal dünyada effektiv strategiya yaradaraq təqdim edir və fəaliyyət zamanı meydana çıxan suallara dəstək göstəririk.

 

Bu xidmətdən yararlanmaq və biznesinizi irəli daşımaq üçün bizdən konsultasiya alın