tƏli Bədəlov

Əli Bədəlov

Marketinq üzrə təcrübəsi - 17 il. Təcrübəyə Bank of Baku, Bank Respublika, DəmirBank, Auto Azerbaijan (Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot), Kontakt Home, PAŞA Bank, SOCAR, İrşad kimi aparıcı brendlər daxildir. 2019-cu ildən 2022-ci ilədək İrşad şirkətinin Marketinq departamentinin rəhbəri, İdarə Heyətinin üzvü olub. 2022-ci ildə VAU, Brendfoni kimi rəqəmsal ticarət platformalarına biznes və marketinq konsultasiyaları verib. 2023-cü ildən etibarən Music Gallery markasının böyüməsi üçün çalışır. Marketinqlə bağlı dörd elmi məqalənin və onlarla bloq yazılarının müəllifi olmaqla yanaşı, bir neçə beynəlxalq marketinq və biznes konfranslarının, təcrübə proqramlarının iştirakçısıdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC biznes məktəbi) magistr tələbələrinə Marketinqi tədris edir, marketinq mövzuları üzrə disertasiya rəhbəridir. Aparıcı yerli şirkətlərlə Marketinq konsultantı olaraq çalışmaqdadır, MarLab şirkətinin təsisçisi və direktorudur.

Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunudur. İqtisad üzrə fəlsəfə doktorluğuna namizəddir. Ölkənin ilk kempinq klublarından biri olan CampAct layihəsinin rəhbəri, SABAH.Lab startap akselerasiya proqramının iştirakçısıdır.