İnfluenser Marketinq Təlimi | IM

  • Home
  • İnfluenser Marketinq Təlimi | IM

Təlimdə nələri öyrənəcəm?

İnfluenser Marketinq haqqında fundamental biliklərdən başlayaraq, dövrümüzdə istifadə edilən İnfluenser Marketinq yanaşmaları, strategiyaları, şirkətlərdə onun tətbiqi və ölçülməsi qaydaları haqqında müfəssəl proqramla (aşağıda) qarşınızdayıq. Praktiki yanaşmanın incəliklərini İnfluenserdən dinləmək və trendlərdən geri qalmamaq üçün, praktiki təlimlərimizə qoşulun. 

Dərslər həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçimiz tərəfindən keçirilir. Təlimlərə həm fərdi qaydada, həm də korporativ qruplar şəklində qoşulmaq mümkündür. Təlimi uğurla başa vuran dinləyicilər isə şirkətlərə tövsiyə edilmək imkanı qazanacaqlar.

Təlim haqqında

 2 aylıq (16 dərs, 32 saat) təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə edir. Təlim müddətində hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti modula keçirlər. Təlimin sonunda iştirakçılara sertifikatlar və performans qiymətləri göstərilən tövsiyyə məktubları təqdim edilir.

Təlimin müddəti

 Təlim 2 aylıq (16 dərs, 32 saat) proqram üzrə keçirilir.

Təlimin formatı

İştirakçı
10

nəfər

Toplam təlim
32

saat

Həftədə
2

təlim olmaqla

Təlimin qiyməti
350

azn (aylıq)

Təlimçiləriniz

Təlimin mövzuları

1. İnfluenser Marketinqə giriş

1-ci ay
1. İnfluenser marketinq anlayışı və tarixi
2. İnfluenser marketinq digər kommunikasiya növlərindən necə fərqlənir?
3. İnfluenser marketinqin üstünlükləri və üzləşdiyi çətinliklər
4. İnfluenser marketinqdə hədəf auditoriya
5. Demoqrafik axtarış və araşdırma
6. Hədəf auditoriyanın seçimlərini və davranışlarını anlamaq
7. İnfluenser marketinqdə müştəri personasının yaradılması
8. İnfluenser marketinq kampaniyaları və ölçmələr, KPİ-lar
9. İnfluenser marketinqdə ölçmə vasitələri

 

 2. İnfluenser Marketinq strategiyasının yaradılması

 
1. İnfluenser marketinq strategiyası
2. İnfluenser marketinq hədəfləri və məqsədləri
3. İnfluenser araşdırma və seçim qaydaları
4. Fərqli influenser kateqoriyalarının müəyyən edilməsi
5. İnfluenser hovuzunun yaradılması
6. İnfluenserlərlə korporativ münasibətin yaradılması və qorunması
7. İnfluenserlərlə müqavilə və nəzərə alınmalı vacib nüanslar
8. İnfluenser marketinqdə kampaniya yaratma və icra 
9. Kreativ konseptlərin yaradılması
10. Kampaniyaların daşınmasının planlaşdırılması və koordinasiya
11. Büdcənin təyini məntiqi və strategiyanın monitorinqi
//