M1 Marketinq təlimi nədir və kimlər üçündür?
M1 marketinq səviyyə proqramının şərti adıdır. 2024-cü ildən başlayaraq 6 aylıq ənənəvi marketinq təlimi proqramı M1 və M2 olaraq 2 səviyyəli təlim proqramına bölünmüşdür. M1 Marketinq təlim proqramında aşağıdakı şəxslər iştirak edə bilər:
- Sıfırdan Marketinqi öyrənmək istəyənlər
- Marketinqi ixtisas olaraq seçən tələbələr
- Marketinqə sistemli giriş etmək istəyən mütəxəssislər
- M2 proqramına keçid etmək istəyən istənilən şəxslər
M1 təlim proqramı mənə necə faydalı ola bilər?
Marketinq sahəsini seçənlər bu təlim proqramı məhz Sizin üçündür. M1 proqramı yerli və beynəlxalq təcrübəni, tələbləri özündə ehtiva etməklə, Sizə marketinq mütəxəssisi olmağa gedən yolda çıraq olacaq. Bu proqram Sizə fərqli baxış bucağı, təcrübi bacarıqlar və biliklərinizin sistemli tətbiqində fayda qazandıracaq. Dərslər beynəlxalq sertifikatlı və həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən keçirilir.
Təlim haqqında
Üç aylıq təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri marketinq bilikləri, həm də marketinq alətlərinin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Aşağıdakı proqramda adları sadalanan mövzuları əhatə edən təlim zamanı hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti aya qədəm qoyurlar. Təlimin sonunda iştirakçılar sertifikatla və şəxsi performans nəticələri göstərilən tövsiyyə məktubu ilə təmin olunurlar.
Təlimin müddəti
M1 Marketinq mütəxəssisi təlimləri 3 dərs ayı keçirilir. Dərs ayı isə hər dərs 2 saat olmaqla 8 dərsi (cəmi 16 saat) əhatə edir.
Təlimin formatı
İştirakçı
10nəfər
Toplam təlim
48saat
Həftədə
2təlim olmaqla
Təlimin qiyməti
250azn (aylıq)
Təlimçiləriniz
Təlimin mövzuları
Marketinqə giriş |
1-ci ay | |
---|---|---|
1. Marketinq nədir və nə üçün vacibdir? | ||
2. Marketinqin tarixi və təkamülü | ||
3. Fundamental Marketinq konsepsiyaları | ||
4. Marketinqdə əsas anlayışlar (istək, ehtiyac, tələb, tələbat, bazar tələbi və s.) | ||
5. Marketinq funksiyaları | ||
6. Dəyər, onun yaradılması və müştəriyə çatdırılması | ||
7. Missiya, şüar və dəyərlər | ||
8. "Ashridge" və "Derek Abell" missiya modeli | ||
9. Mikro və makro mühit | ||
10. İqtisadi, siyasi, hüquqi, texnoloji, təbii mühitlər. PEST təhlili | ||
11. SWOT təhlili və TOWS strategiyaları | ||
12. Rəqabət, rəqiblərin növləri | ||
13. Bazarın rəqabət strukturu | ||
14. Rəqabətin təhlili və Bençmarkinq | ||
15. Müştəri. Dəyər, razılıq və loyallıq | ||
16. Alış prosesi və alıcı davranışı | ||
2. Marketinq araşdırmaları və hədəf bazarın müəyyən edilməsi |
2-ci ay | |
---|---|---|
1. Araşdırma və onun məqsədləri, marketinqdə rolu | ||
2. Bazar araşdırmalarının növü və onun seçilməsi | ||
3. Masaüstü və sahə araşdırması | ||
4. Kəmiyyət araşdırmaları və onun növləri | ||
5. Kəmiyyət araşdırmalarında istifadə edilən metodologiyalar | ||
6. Kəmiyyət araşdırmasının keçirilmə etapları | ||
7. Keyfiyyət araşdırmalarının növü (fokus qrup, dərinləşdirilmiş intervülar) | ||
8. Seqmentləşdirmə və strategiyalar | ||
9. Hədəfləmə və mövqeləndirmə | ||
10. Marketinqdə inkişaf strategiyaları. ANSOFF | ||
3. Məhsul, Qiymət, Promoşn, Məkan. Rəqəmsal və ənənəvi marketinq. |
3-cü ay | |
---|---|---|
1. Məhsul, onun növləri. Geniş istehlak və istehsal təyinatlı məhsullar | ||
2. Məhsul yaratma və modifikasiya | ||
3. Promotion - Reklam / PR. Reklam brifi | ||
4. Marketinq mütəxəssisi üçün təqdimat bacarıqları | ||
5. Qiymət və xərcin strukturu, qiymət strategiyaları | ||
6. Məkan - kanal növləri və idarəedilməsi | ||
7. Rəqəmsal marketinqə giriş | ||
8. Ənənəvi və rəqəmsal marketinq metrikləri | ||
9. Marketinq hesabatları | ||