Marketinq Mütəxəssisi Təlimi | M1

  • Home
  • Marketinq Mütəxəssisi Təlimi | M1

M1 Marketinq təlimi nədir və kimlər üçündür?

 M1 marketinq səviyyə proqramının şərti adıdır. 2024-cü ildən başlayaraq 6 aylıq ənənəvi marketinq təlimi proqramı M1 və M2 olaraq 2 səviyyəli təlim proqramına bölünmüşdür. M1 Marketinq təlim proqramında aşağıdakı şəxslər iştirak edə bilər:

  • Sıfırdan Marketinqi öyrənmək istəyənlər
  • Marketinqi ixtisas olaraq seçən tələbələr
  • Marketinqə sistemli giriş etmək istəyən mütəxəssislər
  • M2 proqramına keçid etmək istəyən istənilən şəxslər     

M1 təlim proqramı mənə necə faydalı ola bilər?

 Marketinq sahəsini seçənlər bu təlim proqramı məhz Sizin üçündür. M1 proqramı yerli və beynəlxalq təcrübəni, tələbləri özündə ehtiva etməklə, Sizə marketinq mütəxəssisi olmağa gedən yolda çıraq olacaq. Bu proqram Sizə fərqli baxış bucağı, təcrübi bacarıqlar və biliklərinizin sistemli tətbiqində fayda qazandıracaq. Dərslər beynəlxalq sertifikatlı və həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən keçirilir. 

Təlim haqqında

 Üç aylıq təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri marketinq bilikləri, həm də marketinq alətlərinin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Aşağıdakı proqramda adları sadalanan mövzuları əhatə edən təlim zamanı hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti aya qədəm qoyurlar. Təlimin sonunda iştirakçılar sertifikatla və şəxsi performans nəticələri göstərilən tövsiyyə məktubu ilə təmin olunurlar.

Təlimin müddəti

  M1 Marketinq mütəxəssisi təlimləri 3 dərs ayı keçirilir. Dərs ayı isə hər dərs 2 saat olmaqla 8 dərsi (cəmi 16 saat) əhatə edir. 

Təlimin formatı

İştirakçı
10

nəfər

Toplam təlim
48

saat

Həftədə
2

təlim olmaqla

Təlimin qiyməti
300

azn (aylıq)

Təlimçiləriniz

Əli Bədəlov

Əli Bədəlov

Təlimçi, konsultant Ətraflı
Anar İbrahimov

Anar İbrahimov

Təlimçi, konsultant Ətraflı

Təlimin mövzuları

Marketinqə giriş  

1-ci ay
1. Marketinq nədir və nə üçün vacibdir?
2. Marketinqin tarixi və təkamülü
3. Fundamental Marketinq konsepsiyaları
4. Marketinqdə əsas anlayışlar (istək, ehtiyac, tələb, tələbat, bazar tələbi və s.)
5. Marketinq funksiyaları 
6. Dəyər, onun yaradılması və müştəriyə çatdırılması
7. Missiya, şüar və dəyərlər
8. "Ashridge" və "Derek Abell" missiya modeli
9. McKinsey 7 element modeli YENİ
10. Mikro və makro mühit
11. İqtisadi, siyasi, hüquqi, texnoloji, təbii mühitlər. PEST təhlili
12. SWOT təhlili və TOWS strategiyaları
13. Biznes proses və təşkilatı strukturda marketinq YENİ
14. Marketinqin digər funksiyalarla əlaqəsi YENİ
15. Rəqabət, rəqiblərin növləri
16. Bazarın rəqabət strukturu
17. Rəqabətin təhlili və Bençmarkinq
18. Maslou ehtiyaclar ierarxiyası 
19. Dəyər, razılıq və loyallıq
20. Razılıq indeksi, retensiya və NPS YENİ
21. Alış prosesi və müştəri növləri
22. Maliyyə və qeyri-maliyyə göstəriciləri. Əsas metriklər. YENİ

 

2. Marketinq araşdırmaları və hədəf bazarın müəyyən edilməsi

2-ci ay
1. Araşdırma və onun məqsədləri, marketinqdə rolu
2. Bazar araşdırmalarının növü və onun seçilməsi
3. Masaüstü və sahə araşdırması
4. Kəmiyyət araşdırmaları və onun növləri
5. Kəmiyyət araşdırmalarında istifadə edilən metodologiyalar
6. Kəmiyyət araşdırmasının keçirilmə etapları
7. Keyfiyyət araşdırmalarının növü (fokus qrup, dərinləşdirilmiş intervülar)
8. Marketinq araşdırmalarında brifin və qaydın hazırlanması. Rekrut YENİ
9. Araşdırmanın keçirilməsi standartları YENİ
10. Hesabata olan tələblər YENİ
11. UX araşdırması - keys stadi YENİ
12. Seqmentləşdirmə
13. Hədəfləmə və mövqeləndirmə

 

3. Məhsul, Qiymət, Promoşn, Məkan. 

3-cü ay
1. Məhsul, onun növləri. Geniş istehlak və istehsal təyinatlı məhsullar
2. Məhsul yaratma və modifikasiya
3. Merçendayzinq YENİ
4. Qiymət və xərcin strukturu, qiymət strategiyaları
5. Məkan - kanal növləri və idarəedilməsi
6. Promotion - Reklam
7. Promotion - PR
8. Promotion - Satışın stimullaşdırılması və fərdi satış, direkt marketinq YENİ
9. İmtahan

 

 

 

 

//