Məhsul meneceri təlimi

  • Home
  • Məhsul meneceri təlimi

Məhsul meneceri təlimi nədir və kimlər üçündür?

Məhsul meneceri təlimi 2 aylıq proqram (16 dərs) olmaqla pərakəndə məhsul bazarında fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub. Təlim həm korporativ, həm də pərakəndə müştərilər üçün keçirilir. Təlim proqramından aşağıdakı şəxslər faydalana bilər.

  • Məhsul menecerləri
  • Kateqoriya menecerləri
  • Marketinq mütəxəssisləri     

Məhsul meneceri təlim proqramı mənə necə faydalı ola bilər?

Bu təlimdə siz məhsulunuzu, məhsul çeşidinizi və assortimenti, kateqoriyanızı qabaqcıl prinsiplər və metodlar əsasında necə effektiv idarə etməyi öyrənəcəksiniz. Məhsul alışından sərgilənməyə qədər aşağıdakı mövzuları əhatə edəcək təlim proqramı işinizi effektiv və nəticəyönümlü təşkil etməkdə sizə faydalı olacaq. Bu proqramı Sizə həmçinin fərqli baxış bucağı, təcrübi bacarıqlar və biliklərinizin sistemli tətbiqində fayda qazandıracaq. Dərslər həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçimiz tərəfindən keçirilir. 

Təlim haqqında

İki aylıq təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri bilikləri, həm də alətlərin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Aşağıdakı proqramda adları sadalanan mövzuları əhatə edən təlim zamanı hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti aya qədəm qoyurlar. Təlimin sonunda iştirakçılar sertifikatla və şəxsi performans nəticələri göstərilən tövsiyyə məktubu ilə təmin olunurlar.

Təlimin müddəti

 Məhsul meneceri təlimi 2 dərs ayı keçirilir. Dərs ayı isə hər dərs 2 saat olmaqla 8 dərsi (cəmi 16 saat) əhatə edir. 

Təlimin formatı

İştirakçı
10

nəfər

Toplam təlim
32

saat

Həftədə
2

təlim olmaqla

Təlimin qiyməti
350

azn (aylıq)

Təlimçiləriniz

Əli Bədəlov

Əli Bədəlov

Marketinq üzrə Təlimçiniz Ətraflı

Təlimin mövzuları

1. Məhsul, məhsul alışı və pərakəndə məhsul menecerlərinin rolu

1-ci ay  
1. Məhsul və pərakəndə məhsul sektorları  
2. Pərakəndə bazarda məhsul menecmentinin rolu  
3. Məhsulun pərakəndə bazarda mövqelənməsi  
4. Pərakəndə məhsul menecmentinin skopu  
5. Pərakəndə məhsul menecerinin rolu və vacib bacarıqları   
6. Pərakəndə məhsul menecmenti prosesində ənənəvi yanaşma  
7. Ənənəvi alış prosesi modellərində limitlər  
8. Məhsul alışı menecerlərinin rolları  
9. Məhsul alışında qərarvermə  
     

 

2. Kateqoriya və məhsul çeşidi menecmenti

1-ci ay  
1. Kateqoriya menecmenti  
2. Kateqoriya menecmenti prosesi  
3. Kateqoriya həyat dövrü (PCL)  
4. Kateqoriyanın performans göstəriciləri  
5. Kateqoriya menecmenti və müştəri geridönüşü (ECR)  
6. Kateqoriya menecmentində limitlər  
7. Məhsul çeşidi  
8. Assortiment planı (model stok siyahısı)  
9. Məhsul təklifinə istehlakçı trendlərinin təsiri  
10. Məhsul seçimi prosesi və kriteriləri  
11. Məhsul spesifikasiyaları  
12. Məhsulda qiymət / dəyər anlayışı  
13. Məhsul çeşidinin monitorinqi  
14. Məhsul / bazar trendlərinin izlənilməsi  
15. Brend və pərakəndəçinin brendinqi  
     

 

3. Təchizat və stok menecment

2-ci ay  
1. Təchizatçı tipləri  
2. Təchizatçı axtarışı və seçimi  
3. Təchizatçının qiymətləndirilməsi və monitorinqi  
4. Pərakəndəçi - təchizatçı əlaqəri  
5. Təchizat zəncirinin idarəedilməsi  
6. Stok menecment  
7. Əsas məhsullar üçün stok menecment  
8. Stokun periodik dəyərləndirilməsi  
9. Optimal sifariş həcmi (EOQ)  
10. Satışın proqnozlaşdırılması  
11. Merçant büdcə planı  
12. Satış əsaslı sifariş (SBO)  
13. Satışda kanibalizasiya  
     

 

4. Məkan, sərgiləmə və kommunikasiya

2-ci ay  
1. Məkan menecmenti  
2. Məkan menecmenti prosesi  
3. Məkanda meyarlar və bölüşdürmə prinsipləri  
4. Riteyl dizayn  
5. Vizual merçendayzinq  
6. Riteyl kommunikasiya alətləri və yanaşmalar  
7. Pərakəndə məhsul menecmenti performansının qiymətləndirilməsi