Rəqəmsal Marketinq təlimi | DM2

  • Home
  • Rəqəmsal Marketinq təlimi | DM2

Təlimdə nələri öyrənəcəm?

Rəqəmsal anlayışlar, rəqəmsal marketinq və rəqəmsal ticarət haqqında fundamental biliklərdən başlayaraq, dövrümüzdə istifadə edilən Rəqəmsal Marketinq bilikləri, bacarıqları və alətləri haqqında müfəssəl proqramla (aşağıda) qarşınızdayıq. Rəqəmsal Marketinqə praktiki yanaşmanın incəliklərini peşəkarlardan dinləmək və trendlərdən geri qalmamaq üçün, praktiki rəqəmsal marketinq təlimlərimizə qoşulun. Həmçinin, bu təlimlərdə Siz şirkətlərdə təcrübə qazanmaq şansı da əldə edəcəksiniz.

Dərslər beynəlxalq sertifikatlı və həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən keçirilir. Təlimlərə həm fərdi qaydada, həm də korporativ qruplar şəklində qoşulmaq mümkündür. Təlimi uğurla başa vuran dinləyicilər isə şirkətlərə tövsiyə edilmək imkanı qazanacaqlar.

Təlim haqqında

4 aylıq (32 dərs, 64 saat) təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri marketinq, rəqəmsal marketinq bilikləri, həm də rəqəmsal marketinq alətlərinin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Təlim müddətində hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti mövzuya keçirlər. Təlimin sonunda iştirakçılara sertifikatlar və performans qiymətləri göstərilən tövsiyyə məktubları təqdim edilir.

Təlimin müddəti

Təlim 4 aylıq (32 dərs, 64 saat) proqram üzrə keçirilir.

Təlimin formatı

İştirakçı
10

nəfər

Toplam təlim
64

saat

Həftədə
2

təlim olmaqla

Təlimin qiyməti
350

azn (aylıq)

Təlimçiləriniz

Əli Bədəlov

Əli Bədəlov

Marketinq üzrə Təlimçiniz Ətraflı
Azər İsmayılov

Azər İsmayılov

Rəqəmsal Marketinq üzrə təlimçiniz Ətraflı
Rəfi Əsgərli

Rəfi Əsgərli

Rəqəmsal Marketinq üzrə təlimçiniz Ətraflı
Nadir Ağabəyov

Nadir Ağabəyov

Rəqəmsal Marketinq üzrə təlimçiniz Ətraflı
Fərid Hacıyev

Fərid Hacıyev

Rəqəmsal Marketinq üzrə təlimçiniz Ətraflı

Təlimin mövzuları

1. Marketinq VS Rəqəmsal Marketinq

4 ay
1. Ənənəvi Marketinq və onun Rəqəmsal marketinqdə rolu
2. Marketinq strategiyası və Rəqəmsal Marketinq strategiyası
3. Rəqəmsal Marketinq nədir və hansı üstünlükləri var?
4. Rəqəmsal Marketinq kanalları
5. Rəqəmsal Marketinqlə ənənəvi Marketinqin müqayisəsi
6. Ölkədə və dünyada rəqəmsal marketinq trendləri
7. Rəqəmsal Marketinq metrikləri

 

2. Kontent marketinq

 
1. Kontent marketinq nədir?
2. Marketinqdə kontentin əhəmiyyəti
3. Məzmun hazırlama, kopiraytinq
4. Audio, video, dizayn maketlərinin hazırlanmasının əsas qaydaları

 

3. Sosial Media Marketinqi (SMM)

 
1. "Meta Business" və "Meta Ads Manager" hesab yaradılması, ilkin tanışlıq və düzgün istifadə qaydaları
2. Texniki Sosial media – Reklam hesabı, Biznes Account bloka düşməməsi üçün gərəkli ediləcəklər, bloka düşmüş profil, facebook, Instagram səhifələrinin açılması
3. Reklam kampaniyalarının yaradılması, Detallı targeting, Büdcə optimizasiyası
4. Reklam kampaniyalarının effektivliyinin ROAS, ROİ və digər keyslərlə ölçülməsi və optimallaşdırılması
5. CPC, CPM, CPA, CTR və digər nəticə ölçmə vasitələrinin düzgün yaradılması
6. Meta Pixel yaradılması və onun sayta yerləşdirilməsi, Reklamlarda datalardan istifadə, Online və Offline Event, Custom Conversion yaradılması
7. Linkedin

 

4. Veb Sayt və e-mail Marketinq

 
1. Düzgün veb sayt nədir və necə olmalıdır?
2. Veb sayt yaradılması, domen və hostinq nədir?
3. Veb sayt hazırlanması layihəsinin idarəedilməsi, vaciblər. 
4. E-mail marketinqə giriş
5. E-mail bazalarının toplanması
6. E-mail Marketinqdə effektiv dizayn və kontent
7. E-mail kampaniyalarının yaradılması və göndərişlər. Mailchimp.
8. E-mail marketinq metrikləri və optimallaşdırma

 

5. Axtarış Motorlarına görə Optimallaşdırma SEO

 
1. SEOya giriş, SEO nədir və nə üçün önəmlidir?
2. SEO Sizə nə qazandıracaq, necə işləyir və əsas terminləri
3. Texniki SEO. Axtarış sistemləri necə işləyir? Saytınızın Google-a əlavə edilməsi, Google Search Console və Sitemap əlavə edilməsi,
Saytınızın Yandex-ə və Bing-ə əlavə edilməsi. Robots.txt faylı nədir, nə işə yarayır? Robots.txt istifadə etmə
4. On Page SEO. On-Page SEO nədir? SEO əsaslı URL istifadəsi.
Səhifə başlığı (Title) və Açıqlaması (Meta Description). Breadcrumb nədir? İstifadəsi. Sitemap optimizasiyası. Sayt strukturu necə olmalıdır? 
5. Açar sözlər (keywords). Açar sözlər nələrdir? Açar sözlərin funksiyası nədir? Google axtarışlarından açar söz tapmaq. Google Trends açar söz axtarışı. Google Search Console açar söz statistikası. Google ADS keyword planner ilə açar söz axtarışı
6. Off-Page SEO. Off-Page SEO nədir? Sosial Media Linkləri (Sosial Linklər) nədir? Rəqiblərinizin aldığı backlinkləri öyrənin. Formlar və bloqlarda saytınızın tanıtımı. Saytınızın sürətini ölçün. Saytdakı şəkillərin optimizasiya edilməsi. WPSuper Ca
7. A-dan Z-yə SEO alətləri. Google Tag Manager, Google Analytics, Google Looker Studio, Google My Business, Google Search Console
Google Search Console xətalar, problem həll yolları. Google Search Console  links və settings bölməsi

 

6. Axtarış Matorları Marketinqi SEM

 
1. Google Ads ilə tanışlıq. Hesab yaratma.
2. Google Search Ads
3. Google Display Ads
4. Google Video Ads
5. Dəstəklənməyən Azərbaycan dilinin Google reklamlarında istifadəsi

 

7. Rəqəmsal Marketinqin avtomatlaşdırılması və CRM

 
1. Marketinq avtomatlaşdırılması konsepti. Avtomatlaşdırma CRM ilə necə inteqrasiya edilə bilər? Əsas proseslər üçün iş axını (workflow) hazırlanması. 
2. Kommunikasiya (şərh, mesaj) kanallarının avtomatlaşdırılması. Seqmentasiya. Şəxsiləşdirilmiş avtomatlaşdırma qurulması.
Balanslaşdırılmış avtomatlaşdırma.

 

8. Rəqəmsal analitika

 
1. Rəqəmsal analitikanın  vacibliyi. Marketinq qıfı (funnel) və analitika. Sosial Media analitikası. E-mail marketinq analitikası
2. Google Analytics: interfeys, analitik dashboard-ların hazırlanması. Yandex Metrica: interfeys, istifadəçilərin sessiyalarının video analizi, analitik dashboardların hazırlanması. 
3. Performans Marketinqi. Performans marketinq alətləri: affiliate, influencer marketinq, native reklamlar. Fərqli  kanallar üzrə performance marketinq kampaniyaları. ROI və ROAS optimizasiya CRO (Conversion Rate Optimization).

 

9. Hesabat

 
1. Hesabatların vacibliyi. Məlumatları oxunaqlı formada təqdim etmək üsulları. Uğurlu hesabatların əsas xüsusiyyətləri. Google Looker Studio ilə tanışlıq: interfeys, əsas məlumat mənbələrinin qoşulması.
2. Data vizuallaşdırılmasının prinsipləri. Google Looker Studio ilə dinamik  hesabatların hazırlanması. Fərqli mənbələrdən olan məlumatların sinxronizə  edilməsi