Haqqımızda

MarLab

2019-cu ildə Marketinq təlimləri və fərdi marketinq konsultasiya xidmətləri ilə fəaliyyətə başlayıb. 10 dekabr 2021-ci il tarixində isə Məhdud Məsuliyyətli Cəmiyyət olaraq qeydiyyatdan keçmişdir.

MarLab qısa müddətdə yerli və beynəlxalq brendlərin etimadını qazanaraq onlarla əməkdaşlıq etməyə başlayıb.
Hazırda MarLab MMC əməkdaşlıq etdiyi şirkətlərə, o cümlədən fiziki şəxslərə bütün marketinq istiqamətləri üzrə konsultasiya, marketinq auditi, marketinq layihələrinin idarəedilməsi, DATA analitika, reklam və kreativ kontent, şirkətlərin marketinq personalına mentorluq / supervayzinq, şirkətlərdə korporativ strategiyaya uyğun marketinq strategiyasının yaradılması, marketinq funksiyasının yaradılması və marketinq mütəxəssisləri ilə təmin edilməsi və digər marketinq ximətləri təklif edir. Bununla yanaşı, şirkət marketinq mütəxəssislərinin inkişafı üçün həm hüquqi, həm də fiziki şəxslərə təhsil və təcrübə əsaslı təlim proqramlarını təqdim edir.

Təsisçi

Marketinq üzrə təcrübəsi 17 il. Təcrübəyə Bank of Baku, Bank Respublika, DəmirBank, Auto Azerbaijan (Hyundai, Jeep, Dodge, Chrysler, Peugeot), Kontakt Home, PAŞA Bank, SOCAR, İrşad kimi aparıcı brendlər daxildir. Marketinq kommunikasiyaları, qiymət və distribusiya, məhsulların yaradılması və modifikasiyası, marketinq araşdırmaları, CRM, DATA emalı və analitika, strateji planlama kimi sahələrdə məsul şəxs olaraq işləyib. 2019-cu ildən 2022-ci ilədək İrşad şirkətinin Marketinq departamentinin rəhbəri, İdarə Heyətinin üzvü olub. 2022-ci ildə VAU rəqəmsal ticarət platformasının Biznes üzrə Layihə Rəhbəri olaraq marketinq konsultasiyaları verib. Marketinqlə bağlı dörd elmi məqalənin və onlarla digər məqalələrin müəllifi olmaqla yanaşı, bir neçə beynəlxalq marketinq və biznes konfranslarının, təcrübə proqramlarının iştirakçısıdır. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC biznes məktəbi) magistr tələbələrinə Marketinqi tədris edir, marketinq mövzuları üzrə disertasiya rəhbəridir. Aparıcı və yerli şirkətlərlə Marketinq məsləhətçisi olaraq çalışmaqdadır, MarLab şirkətinin təsisçisi və direktorudur.

Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunudur. İqtisad üzrə fəlsəfə doktorluğuna namizəd kimi təhsilini davam etdirir. Ölkənin ilk kempinq klublarından biri olan CampAct startap layihəsinin rəhbəri, SABAH.Lab startap akselerasiya proqramının final iştirakçısıdır.

 

Dəyərlərimiz

Şəffaflıq

Təşəbbüskarlıq

Mənfəətlilik

Yaradıcılıq

Missiyamız

Təcrübəli mütəxəssislərin marketinq xidmətlərini yerli bizneslər üçün əlçatan etməklə şirkətlərin inkişaf hədəflərinə çatmasına dəstək oluruq. Şəffaflıq, təşəbbüskarlıq, yaradıcılıq və mənfəətlilik dəyərlərinə sadiq qalmaqla MarLab ölkəmizdə bizneslərin inkişafını, təhsil və təcrübə arasında körpünün təmin olunmasını, yerli mütəxəssislərin yetişdirilməsini əsas məqsəd hesab edir.

Təlim üçün sorğu

Получить консультацию

Get a consultation

Request for training