Marketinq Təlimi

Təlimdə nələri öyrənəcəm?

Marketinq öyrəndikcə bitməyən dəryadır. Hər gün yenilənən dünyamızda marketinq alətlərinin tətbiqi də dəyişir, yeni yanaşmalar tələb olunur. Marketinqə praktiki yanaşmanın incəliklərini peşəkarlardan dinləmək və trendlərdən geri qalmamaq üçün praktiki marketinq təlimlərimizə qoşulun.

Dərslər beynəlxalq sertifikatlı və həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən keçirilir. Təlimlərdə həm fərdi qaydada, həm də korporativ qruplar şəklində qoşulmaq mümkündür. Təlimi uğurla başa vuran dinləyicilər isə şirkətlərə tövsiyə edilmək imkanı qazanacaqlar.

Təlim haqqında

Altı, yaxud üç aylıq təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər həm nəzəri marketinq bilikləri, həm də marketinq alətlərinin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Marketinq və biznes üzrə fundamental biliklər, biznesin xarici, daxili mühiti və təhlili, araşdırma və DATA analizi, müştəri yönümlü marketinq, strateji marketinq, reklam, rəqəmsal marketinq kimi başlıq mövzularını əhatə edən təlim zamanı hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbətə mövzuya qədəm qoyurlar. Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunurlar.

Təlimin müddəti

Təlimlərimiz 3 aylıq və 6 aylıq olaraq iki proqram üzrə keçirilir.

Təlimin formatı

İştirakçı sayı

0
nəfər

Toplam təlim

0
saat

Həftədə

0
təlim olmaqla

Təlimin qiyməti

0
azn (aylıq)

•Təlim sonunda sertifikat və imtahan nəticələri olan tövsiyyə məktubu veriləcək.

Təlimçiləriniz

ali-badalov-marlab-telim

Əli Bədəlov

Marketinq üzrə Təlimçiniz

seymur-quliyev-marlab-telim

Seymur M.Quliyev

Marketinq üzrə Təlimçiniz

Tural Abbasli-marlab-telim

Tural Abbaslı

PR üzrə Təlimçiniz

Anar-İbrahimov-marlab-telim

Anar İbrahimov

Araşdırma üzrə Təlimçiniz

Əliağa Şərəfxanlı

Reklam üzrə Təlimçiniz

kənan-qarayev-marlab-dataanalitikasi

Kənan Qarayev

Data və Biznes Statistikası üzrə Təlimçiniz

babaxan-melikli-marlab

Babaxan Məlikli

Rəqəmsal Marketinq üzrə Təlimçiniz

Təlimin mövzuları

1. Marketinq və biznes üzrə fundamental biliklər
3 ay
6 ay
1.Marketinq nədir və nə üçün vacibdir?
2.Marketinqin tarixi
3.Fundamental Marketinq konsepsiyaları
4.Marketinqdə əsas anlayışlar (istək, ehtiyac, tələb, tələbat, bazar tələbi və s.)
5.Marketinq funksiyaları
6.Dəyər, onun yaradılması və müştəriyə çatdırılması
7.Təşkilati struktur
8.Strateji biznes vahidləri və biznes proses
9.Marketinqin digər biznes vahidləri ilə qarşılıqlı fəaliyyəti
10.Missiya, şüar və dəyərlər
11."Ashridge" və "Derek Abell" missiya modeli
12.Şirkət fəaliyyətinin analizi. Maliyyə göstəriciləri
13.Gəlir, xərclərin təsnifatı, maya dəyəri. Maliyyə hesabatları
14.Şirkət fəaliyyətinin analizi. Qeyri-maliyyə göstəriciləri
15.Mak-kinsinin 7 element modeli
16.Maya dəyərinin hesablanması. FİFO, LİFO və Orta dəyər metodu
17.İstehsal sahəsində maya dəyərinin hesablanması
18.Startapın dəyərləndirilməsi. "Scorecard Bill Payne" metodu
2. Biznesin xarici, daxili mühiti və təhlili
3 ay
6 ay
1.Mikro və makro mühit
2.Demoqrafik mühit
3.İqtisadi, siyasi, hüquqi, texnoloji, təbii mühitlər. PEST təhlil
4.SWOT
5.Rəqabət, rəqiblərin növləri
6.Bazarın rəqabət strukturu
7.Rəqabətin təhlili
8.Porterin 5 güc modeli
9.Bençmarkinq
10.Rəqabət mövqeyi indeksi
11.Rəqabət strategiyaları
12.Müştəri. Dəyər, razılıq və loyallıq
13.Maslounun ehtiyac ierarxiyası
14.Müştəri razılığı indeksi
15.Müştərinin həyat dövrü dəyəri
16.Müştəri bazasının çeşidlənməsi və retensiyanın hesablanması
17.Narazı müştərinin gəlirə təsiri
18.Müştəri loyallıq indeksinin müəyyən edilməsi
19.Müştərilərin loyallıq üzrə klasifikasiyası və müqayisəsi
20.Müştərinin dəyər mənimsəmə indeksi
21.RFM təhlil
22.Alış prosesi və alıcı davranışı
23.B2B bazarın xüsusiyyətləri
24.Şirkət bazarında alıcı B2B
25.Biznes müştərisinin alış prosesi və davranışı
3. Araşdırma və DATA
3 ay
6 ay
1.Araşdırma və onun məqsədləri, marketinqdə rolu
2.Bazar araşdırmalarının növü və onun seçilməsi
3.Masaüstü araşdırma
4.Kəmiyyət araşdırmaları və onun növləri
5.Kəmiyyət araşdırmalarında istifadə edilən metodologiyalar
6.Kəmiyyət araşdırmasının keçirilmə etapları
7.Tabulyasiya və hesabata olan tələblər
8.Şirkətlərdə daxili resurslar hesabına keçirilən araşdırma növləri
9.Xarici resurslar hesabına keçirilən araşdırma növləri
9.Praktiki təlim. Kiçik araşdırmanın keçirilməsi
10.Keyfiyyət araşdırmalarının növü (fokus qrup, dərinləşdirilmiş intervülar)
11.Qaydın hazırlanması, rekrut
12.Araşdırmanın keçirilməsi və standartlar
13.Hesabata olan tələblər
14.Parktiki tapşırığın verilməsi (APP üzrə UX araşdırmanın təşkili)
15.Kiçik araşdırmanın nəticələri
16.Bank app UX nəticəsi
17.Marketinq İnformasiya Sistemləri
18.DATA
19.DATA baza anlayışı və məqsədi
20.Xarici və daxili DATA mənbələrinin müəyyən edilməsi
21.DATA baza inkişafının qaydaları
22.DATA analitika və statistika
23.Baza statistik konseptlər (samplinq, populyasiya)
24.Təsviri və inferensial statistika
25.DATA növləri
26.Təsviri statistika (numerikal metodlar)
27.Normap paylama
28.Statistik testlər
29.Ehtimal və onun hesablanması növləri
30.Reqresiya və koreliasiya
4. Müştəri yönümlü Marketinq
3 ay
6 ay
1.İstehlakçı və biznes seqmentasiyası
2.Seqmentasiya. K-mean üsulu ilə klasterizasiya
3.Seqmentasiya. WARD üsulu ilə klasterizasiya
4.Hədəfləmə
5.Mövqeləmə
6.CRM
7.DATA əsaslı Marketinq
5. Strateji Marketinq
3 ay
6 ay
1.Strategiya və strateji idarəetmə
2.Strateji idarəetmədə marketinqin rolu
3.Marketinq funksional strategiya kimi
4.Marketing strategiya prosesi
5.Bazarın inkişaf strategiyaları. Ansoff matriksi
6.Bazar strategiyasının seçilməsi. SPACE analiz
7.Bazarın İnkişaf indeksinin müəyyən edilməsi
8.Bazarın cəlbedicilik indeksi
BCG matriks strategiyaları
Marketinqin xalis faydasnın hesablanması (NMC)
Marketinq ROS və Marketinq ROİ
Marketinq gəlirliyi strategiyaların tətbiqi kontekstində
Marketinq strategiyasının implementasiyası
Marketinq planın hazırlanması
Marketinq büdcəsinin tərtib edilməsi
Satış büdcəsinin planlaşdırılması
Marketinqin gəlirlik planı
Marketinqdə variasiya təhlili
6. Məhsul
3 ay
6 ay
1.Məhsul və onun növləri
2.Geniş istehlak və istehsal təyinatlı məhsullar
3.Ticarət markası və onun elementləri
4.Müəllif hüquqları və patent
5.Məhsulun həyat tsikli
6.Məhsulun həyat tsikli üzrə müştəri növləri
7.Məhsulun həyat tsikli üzrə marketinq addımları
8.Məhsulun iqtisadi dəyəri və həyat dövrü xərcləri
9.Məhsul portfelinin təhlil modelləri
10.Məhsul yaratma və modifikasiya, Məhsul və xidmət differensiasiyası
11.Məhsul portfelinin idarə edilməsi, ABC analiz, xyz təhlillər
7. Qiymət
3 ay
6 ay
1.Qiymət
2.Xərcin strukturu
3.Qiymət qoyma növləri
4.Qiymət elastikliyi
5.Zərərsizlik nöqtəsinin hesablanması
6.Qiymət qoyma strategiyası
8. Məkan
3 ay
6 ay
1.Ticarət zənciri
2.Pərakəndə və topdan satış
3.Kanal seçimi
4.Xidmət şəbəkəsinin analizi
5.Xidmət şəbəkəsində növbəliyin idarəedilməsi
6.Distribyusiyada effektivlik
7.Paylamada optimal bölgünün hesablanması məsələsi
9. Promoşn (irəlilədilmə)
3 ay
6 ay
1.Reklam anlayışı
2.Reklamçılığın tarixi inkişafına qısa nəzər
3.Reklamın funksiyası, məqsədi və təsiri
4.Reklam məcraları (ATL, BTL – çap reklamından göy üzündə reklama qədər)
5.Reklam brifi
6.Dünyanın məşhur reklam agentlikləri və reklamçıları
7.Reklam agentliyinin strukturu (dünya və Azərbaycan nümunəsində)
8.Hədəf kütlə
9.Reklamın hissələri (vizual və mətn)
10.Reklamda inandırmaq sənəti
11.AIDA və NAIDAS modelləri
12.Reklamda kreativlik
13.İstehlakçının şüuruna təsir
14.Reklamlarda məşhur simalardan istifadə
15.Reklamlarda simvollardan istifadə, semiotika
16.Reklamlarda cinsəllik
17.Reklam büdcəsi
18.Media planlaması
19.Viral reklam
20.Guerilla marketinq
21.Sosial reklam (KSM və dövlət tərəfindən hazırlanan social reklamlar)
22.Reklam qanunvericiliyi (haqsız reklam, qadağalar, icazələr və s.)
23.Kommunikasiyalar. Müştərinin geridönüş indeksi
24.Media seçimi problemi
25.Mesajın tezliyi və tanınma
26.Pull və push kommunikasiya strategiyaları
27.Reklamın elastikliyi
28.Kommunikasiya büdcəsinin optimal təyini
29.Brendinq
30.Brendin idarəedilməsi
31.Müasir iqtisadiyyatda İctimaiyyətlə Əlaqələr (PR) və onun tarixi, inkişaf mərhələləri və strukturlaşması.
32.PR və oxşar anlayışlar, PR fəaliyyətləri
33.PR fəaliyyətlərinin planlanması, büdcə tərtibi, planın icrası və nəticələrin yoxlanılması
34.Birbaşa marketinq
35.Fərdi satış
36.Satışın stimullaşdırılması
10. Rəqəmsal Marketinq
3 ay
6 ay
1.Rəqəmsal Marketinq nədir
2.Hansı qolları mövcuddur (SMM, SEO, GAds, E-mail marketing)
3.Nə üçün Lazımdır (DM Keypoints)
4.Ölkəmizdə rəqəmsal marketinq (boşluqlar, istifadə edilənlər və s)
5."Sosial Media Marketinqi nədir niyə istifadə olunur "
6.Reklamda ilkin anlayışlar / (CPC, CPA, ROİ, ROAS vs)
7.Business Managerlə tanışlıq
8.Reklam növləri və kampaniya məqsədlərinin təyini
9.Büdcə Strategiyaları
10.Hədəf kütlə təyini (lookalike audience, custom audience)
11.A/B Test
12.Praktiki Reklam yaradılması
13.Pixel Code
14.SEO Nədir / niyə istifadə edilir
15.SEO addımları
16.SEO tipləri (Black Hat, White Hat)
17.SEO Növləri (On page , Off Page, Technical)
18.Alqoritmlər və index faktorları
19.On page SEO (saytlar üzərində iş)
20.Açar sözlər (branded, short, long tail)
21.Toollar üzərində açar söz araşdırması
22.Link strukturu və diqqət edilməli məqamlar
23.Content for SEO - məzmunda diqqət edilməli məqamlar
24.Technical SEO faktorları (meta tags, site speed, img optimization və s)
25.SEO və UX (müsbət və mənfi təcrübələrin göstərilməsi)
26.Google Ads Nədir, nə üçün istifadə olunur
27.Google Ads və SEO fərqləri / üstün və zəif cəhətlər
28.İlkin Anlayışlar (Quality Score, CPC, PPC, Target CPA, Conversion anlayışları)
29.Google Ads reklam paneli ilə tanışlıq
30.Google Ads KPİ təyini
31.Google Ads reklam növləri məlumat (search / display / video / lead)
32.Açar söz araşdırması
33.Search reklamın yaradılması
34.Ad copy yazılmasında diqqət ediləcək məqamlar
35.Uğurlu / uğursuz google reklam nümunələrin incələnməsi

Təlim üçün sorğu

Получить консультацию

Get a consultation

Request for training