Bloq

marketinqde-qerarverme-marlab-bloq

Marketinqdə Qərarvermə. Media Plan Büdcəsinin Optimal Bölünməsi.

İnanıram ki, marketinq mütəxəssisləri tez-tez sahibkarın haqlı sualı ilə qarşılaşırlar – Hansı kommunikasiya kanalına nə qədər xərcləməliyəm ki, maksimum nəticə əldə edə bilim? Əksər hallarda mütəxəssislər kanalın reytinqini və ya digər xüsusiyyətlərini, göstəricilərini əsas gətirərək bölgünü maddələr üzrə müəyyən sadə məntiqlə paylaşdırırlar.

Hər marketinq mütəxəssisi fərqli məntiq yanaşması tətbiq edərsə sahibkarın qərarsızlığına və haqlı olaraq marketinqə inamsızlığına səbəb ola bilər. Bu səbəbdən bu növ qərarvermə problemini həll etmək üçün hələ II dünya müharibəsi dövründən bu tərəfə mövcud olan, istifadəsi həmişə geniş və rahat olan xətdi proqramlaşdırma üsuluna müraciət etmək olar.

Verilən şərtlər daxilində xətdi proqramlaşdırma üsulu ilə media planın optimallaşdırılması nümunəsi verilmişdir. Nümunədə potensial auditoriyanı tam əhatə etmək şərti ilə kanallar üzrə ala biləcəyimiz maksimal ROİ-ni hesablamaq lazımdır. Məsələ Excel-də aşağıdakı kimi həll edilmişdir.

Şərtlər

Məqsəd funksiyası –
Reklam üzrə ROİ-ni maksimumlaşdırmaq
 
Bazar tələbi2 500 000
Reklam büdcəsi 2 mln. AZN2 000 000 ₼
TV-yə min 300 000 ayrılmalıdırX1 >= 300 000
Radio reklam
büdcənin 10%-dən çox olmamalıdır
X2 <= 200 000
Adwords max 250000 azn xərc olmalıdırX4 <= 250 000
Facebook
büdcənin ən azı 10%-ni təşkil etməlidir
X5 >= 200 000
Outdoor
büdcənin 5%-dən çox olmalıdır
X6 >= 50 000
Jurnal reklamına max 50000 azn xərc olmalıdırX7 <= 50 000
Büdcənin bölünməsi
bazar tələbi çərçivəsində
olmalıdır
2340000
Reklam növləriKanal üzrə ROİ payı
(əvvəlki təcrübəyə görə)
Hər kanala
optimal xərc məbləği (x1,x2,x3,x4,x5,x6,x7)
ROİ AZN-lə1 manat xərcə düşən adam sayı (reach)
TV reklam0,13000004095001,8
Radio reklam0,82000000,5
SEO0,1510000001,1
Google adwords0,22500001,5
Facebook0,092000001,0
Outdoor0,03500000,5
Jurnal reklamı0,100,4

Cədvəl 1. Excel-də xətdi proqramlaşdırma üsulu ilə media plan büdcəsinin optimallaşdırılması.

Bu üsulun həlli məntiqini anlamaq üçün aşağıdakı sadə məsələyə baxa bilərik.

Nümunə məsələ:

Şirkət hər kitabın satışından 20 manat, hər kalkulyatorun satışından isə 18 manat əldə edir. Bir kitabın istehsalı 5 manata, kalkulyatorun istehsalı isə 4 manata başa gəlir. Aylıq (30 gün) istehsal xərci məhduddur və 27000 manatı keçməməlidir. Hər kitabın istehsalına 5 dəqiqə və hər kalkulyatorun istehsalına 15 dəqiqə zaman sərf olunur. Şirkət nə qədər kitab və kalkulyator istehsal etməlidir ki, maksimal mənfəət əldə etsin? Şirkətin 30 gün ərzində ən çox qazana biləcəyi mənfəəti müəyyən edin.

Şərtlərimiz.

 KitabKalkulyator
Məchullar (kitab və kalkulyator sayı)xY
1 ədədin satışı AZN-lə2018
1 ədədin xərci AZN-lə54
1 ədədin istehsal zamanı (dəq)515
Xərc limiti (büdcəsi) AZN-lə27 000
Zaman limiti30 gün və ya 43 200 dəq

Məqsəd bu şərtlər daxilində mənfəəti maksimum edəcək satış həcmini müəyyən etməkdir. Məqsəd funsiyası:

Zmax=20x+18y (1)

olarsa, onda şərtimizə əsasən;

5x+4y ≤ 27000 (2)

5x+15y ≤ 43200 (3)

Deməli,

5x(0)+4y ≤ 27000, y ≤ 27000/4

5x+4y(0) ≤ 27000, x ≤ 27000/5

5x(0)+15y ≤ 43200, y ≤ 43200/15

5x+15y(0) ≤ 43200, x ≤ 43200/5

(2) və (3) bərabərsizliklərini sistem şəklində həll etsək onda,

11y=16200, y≈1473

5x=27000-5892=21108, x≈4222

Məsələmizi koordinant sistemində təsvir edib həll sahəsini (feasibility) müəyyən edək.

marketinqde-qerarverme-marlab-bloq

Koordinant sistemində həll sahəsinə düşən nöqtələr üzrə x və y-in qiymətlərini məqsəd funksiyasında yerinə qoymaqla maksimum və minimum nəticəni müəyyən edək;

Kitab (x)Kalkulyator (y)Z max
000
0288051 840
54000108 000
42221473110 954

Nəticə olaraq müəyyən etdik ki, verilmiş şərtlər daxilində 4222 ədəd kitab və 1473 ədəd kalkulyator istehsal etsək satışdan əldə etdiyimiz gəlir maksimum olacaq.

Facebook
Twitter
LinkedIn

Təlim üçün sorğu

Получить консультацию

Get a consultation

Request for training