Marketinq Meneceri Təlimi | M2

  • Home
  • Marketinq Meneceri Təlimi | M2

M2 Marketinq təlimi nədir və kimlər üçündür?

 M2 marketinq səviyyə proqramının şərti adıdır. 2024-cü ildən başlayaraq 6 aylıq ənənəvi marketinq təlimi proqramı 2 səviyyəli təlim proqramına M1 və M2 olaraq bölünmüşdür. M2 Marketinq təlim proqramında aşağıdakı şəxslər iştirak edə bilər.

  • M1 səviyyəsini bitirən MarLab məzunları
  • Marketinq mütəxəsisi / meneceri olaraq minimum 1 il iş təcrübəsi olanlar
  • M1 səviyyə imtahanını uğurla keçən istənilən şəxslər    

M2 təlim proqramı mənə necə faydalı ola bilər?

 Marketinq sahəsində karyerasını düşünənlər bu təlim proqramı məhz Sizin üçündür. M2 proqramı yerli və beynəlxalq təcrübəni, tələbləri özündə ehtiva etməklə Sizə marketinq rəhbəri olmağa gedən yolda çıraq olacaq. Bu proqram Sizə fərqli baxış bucağı, təcrübi bacarıqlar və biliklərinizin sistemli tətbiqində fayda qazandıracaq. Dərslər beynəlxalq sertifikatlı və həm yerli, həm də qlobal brendlərlə uzun illik iş təcrübəsinə malik təlimçilərimiz tərəfindən keçirilir. 

Təlim haqqında

 Üç aylıq təlim proqramı üzrə həftədə iki dəfə keçirilən dərslər, həm nəzəri marketinq bilikləri, həm də marketinq alətlərinin praktiki tətbiq edilməsi bacarıqlarını əhatə edir. Aşağıdakı proqramda adları sadalanan mövzuları əhatə edən təlim zamanı hər mövzunun sonunda iştirakçılar imtahan edilir və qiymətləndirmə əsasında növbəti aya qədəm qoyurlar. Təlimin sonunda iştirakçılar sertifikatla və şəxsi performans nəticələri göstərilən tövsiyyə məktubu ilə təmin olunurlar.

Təlimin müddəti

 M2 Marketinq meneceri təlimləri 3 dərs ayı keçirilir. Dərs ayı isə hər dərs 2 saat olmaqla 8 dərsi (cəmi 16 saat) əhatə edir. 

Təlimin formatı

İştirakçı
10

nəfər

Toplam təlim
48

saat

Həftədə
2

təlim olmaqla

Təlimin qiyməti
400

azn (aylıq)

Təlimçiləriniz

Əli Bədəlov

Əli Bədəlov

Təlimçi, konsultant Ətraflı
Tural Abbaslı

Tural Abbaslı

Təlimçi, konsultant Ətraflı

Təlimin mövzuları

Şirkətdə marketinqin təşkili, şirkət və müştəri təhlilləri, B2B marketinq  

1-ci ay
1. Bazar fürsətlərinin və risklərinin dəyərləndirilməsi - workshop YENİ
2. Biznes üçün hədəf və məqsədin təyini - workshop YENİ
3. Strategiyanın simulyasiyası - workshop YENİ
4. Startapın dəyərləndirilməsi. "Scorecard Bill Payne" metodu
5. Proqnozlar. Fərziyyələrin simulyasiyası. YENİ
6. Bazara genişlənmə. Diffuziya modeli YENİ
7. Biznes üçün investisiya, gəlir, xərc, mənfəət planlaması - workshop YENİ
8. Strategiya əsaslı marketinq strukturunun qurulması - workshop YENİ
9. Seqmentləmə strategiyaları, hədəfləmə və mövqeləmə
10. Hədəf bazarın seçilməsi. Bazarın cəlbedicilik indeksi YENİ
11. ANSOFF təhlil
12. Müştəri psixologiyası, satınalma davranışları və neyromarketinq. Eksperiment. YENİ
13. Müştərinin həyat dövrü dəyəri
14. Müştərinin dəyər mənimsəmə indeksi və RFM təhlil
15. B2B bazarın xüsusiyyətləri, şirkət bazarında alıcı və alış prosesi
   

 

2. Bazarın təhlili, seqmentasiyası və DATA əsaslı marketinq

2-ci ay
1. Bazarda rəqabət. Porterin 5 güc modeli
2. Rəqabət mövqeyi indeksi
3. Rəqabət strategiyaları
4. Bazar strategiyasının seçilməsi. SPACE analiz YENİ
3. DATA, DATA baza anlayışı və məqsədi, DATA növləri
4. Baza statistik konseptlər (samplinq, populyasiya)
5. Reqresiya və koreliasiya
6. Marketinqdə ehtimal YENİ
7. Seqmentasiya. K-mean üsulu ilə klasterizasiya
8. Seqmentasiya. WARD üsulu ilə klasterizasiya
9. DATA əsaslı Marketinq
10. Kommunikasiya büdcəsinin optimal bölünməsi. Təhlil. YENİ
11. CRM
   

 

3. Strateji və taktiki marketinqin idarəedilməsi

3-cü ay
1. Marketing plan və marketinq strategiya
2. Strateji təhlil metodları. Strateji düşünmə.
3. Məhsul strategiyaları
4. XYZ təhlil YENİ
5. Məhsul bandlları (bağları) və yanaşmalar YENİ
6. Qiymət və mənfəət. Mənfəət drayverləri YENİ
7. Qiymət elastikliyi YENİ
10. Neyminq və Brend. Brend arxetipləri
11. Statik və dinamik reklamın prinsipləri (audio, video, maket).
12. AIDA, NAIDAS və digər kommunikasiya modelləri
13. İstehlakçının şüuruna təsir. Reklamlarda simalardan, simvollardan istifadə, semiotika
14. Kopiraytinq
15. TV reklam və sosial çarxların , radiospotların, habelə kontent videolarının ssenari texnikaları
16. Sosial reklam (KSM və dövlət tərəfindən hazırlanan sosial reklamlar)
17. Reklam qanunvericiliyi (haqsız reklam, qadağalar, icazələr və s.)
18. Viral reklam və Guerilla marketinq
19. "Pull" və "push" kommunikasiya strategiyaları
20. Böhran kommunikasiyası
21. Kommunikasiya menecmenti (strategiya, plan, büdcə, effektivlik).
22. Reklamın elastikliyi
23. Satış nöqtəsinin marketinqi
24. Satış nöqtəsində performans effektivliyinin ölçülməsi
25. Satış kanallarının təhlili və yanaşmalar
26. Marketinq büdcəsi və yanaşmalar
   

 

 

 

 

 

 

 

 

//