Marketinq strategiyasının hazırlanması
Marketinq strategiyası nədir və bu xidmətə nə daxildir?
Marketinq strategiyası – Biznesinizlə bağlı Nə? Kim? Nə zaman? Harada? Necə? suallarına cavab tapmağınıza kömək edən və Sizi kommersiya hədəfinizə aparan bələdçi plandır.
Marketinq strategiyasının hazırlanması xidmətinə daxildir:
- Şirkətin vizionunu, biznes missiyası və ondan irəli gələn biznes hədəfinizi müəyyən edirik (Nə?)
- Hədəf bazarınızı müəyyən edirik (Harada?)
- Hədəf bazarınızda fəaliyyətinizi qurub və rəqabətə davamlı mövqelənmənizi təmin etmək üçün 4P (məhsul, qiymət, promoşn, distribyusiya) strategiyalarınızı hazırlayırıq (Necə?)
- Marketinq fəaliyyətinizi təmin edəcək şirkət daxili strukturunuzu yaradaraq (Kim?), müddətli icra planları ilə onu təmin edirik (Nə zaman?)
- Şirkətinizə marketinq əməkdaşlarının tapılmasını, təlim almasını təmin edirik.
- Şirkətin Marketinq Strategiyasının həyata keçməsinə bələdçilik edirik
Marketinq strategiyasının olması şirkətə hansı faydanı verir?
- Qısa və uzunmüddətli hədəfləriniz bəlli olur. Hədəf yönümlü fəaliyyətinizin təmin edilməsi üçün bu vacibdir.
- Fəaliyyət göstərdiyiniz və ya göstərməli olduğunuz bazarda rəqabətə davamlı olmağınız üçün atacağınız addımları, onların ardıcıllığını bilməklə xaotik fəaliyyətdən yayınmış olursunuz. Zamanınızı və enerjinizi daha məhsuldar istifadə edirsiniz.
- Nizamlı, planlı və hədəfyönümlü fəaliyyətlə lüzumsuz xərcləri və əsas da itkiləri minimuma endirirsiniz.
- Biznesə qoyduğunuz investisiyanın məhsuldarlığını artırmış olursunuz.
Tez-tez verilən suallar
Marketinq strategiyasının hazırlanması xidmətini necə əldə etmək olar?
- Şirkətimizə müraciətdən sonra qısa zaman ərzində müştəri menecerimiz Sizinlə əlaqəyə keçir, ehtiyaclarınızı müəyyən etmək üçün seçiminizdən asılı olaraq ekspertlə onlayn və ya üzüzə görüş təyin edir. Görüş əsnasında veriləcək xidmətin ilkin təklifi hazırlanır.
Hansı şirkətlər müraciət edə bilər?
- Hazırda fəaliyyətdə olan və ya yeni fəaliyyətə başlayan şirkətlər
- Fəaliyyət sektorundan asılı olmayaraq istənilən şirkət
Marketinq strategiyasını şirkətin daxili komandası hazırlaya bilər?
- Bəli hazırlaya bilər. Amma təcrübə göstərir ki, şirkətin marketinq komandası əməliyyat yüklü işlərlə məşğul edildiyi üçün 95% halda strateji planlamaya zamanı qalmır. Üstəlik, biznesə kənar peşəkar baxışın əldə edilməsi əlavə dəyər qata bilir.
Marketinq strategiyasının hazırlanması xidmətinin qiyməti neçəyədir?
- Xidmətin fiks qiyməti mövcud deyil. Saatlıq, layihə əsaslı və ya aylıq xidmət haqqı kimi təklif edilə bilər. İlkin qiymət ilk görüşdə ehtiyacınız müəyyən edildikdən sonra təyin edilir. Qeyd edək ki, ilkin məsləhətləşmə ödənişsizdir.
Marketinq strategiyasının hazırlanması nə qədər zaman çəkə bilər?
Araşdırmaya sərf edilən zaman nəzərə alınmazsa sənədin hazırlanması minimum 2 həftə maksimum 1 ay zaman ala bilər.