tRəfi Əsgərli

Rəfi Əsgərli

Ümumilikdə 5 ildən çox Rəqəmsal marketinq təcrübəsinə sahibdir. 4 ildən çoxdur ki, Kapital Bank-da Rəqəmsal marketinq üzrə baş ekspert çalışır. Kapital Bank-da işlədiyi dövrdə McKinsey, BCG, Visa, Mastercard kimi şirkətlərlə bir sıra uğurlu layihələrdə də iştirak edib. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA qruplarına Rəqəmsal marketinq fənnini tədris edir. Bunlardan əlavə, həm yerli, həm də xarici olmaqla 10-dan çox şirkətə Rəqəmsal marketinq, "Media Buying" üzrə konsultasiyalar verib.

Meta (Facebook) sertifikasiyasından üç dəfə keçməklə “Meta Certified Media Buying Professional”, “Meta Certified Lead Trainer”, “Meta Certified Digital Marketing Associate” sertifikatlarını əldə edib. Azərbaycanda 3 dəfə sertifikasiya keçən azsaylı mütəxəssislərdəndir.

Rəfi Əsgərli bakalavr təhsilini UNEC, SABAH qruplarında, magistratura təhsilini isə Macarıstanda “Corvinus University of Budapest”-də Marketinq üzrə alıb. Bir sıra tanınmış beynəlxalq universitetlərin keçirdiyi distant təhsil proqramlarının iştirakçısıdır.